Gecə - gündüz bərabərliyi
2019-cu ildə yaz fəsli Azərbaycana martın 21-də Bakı vaxtı ilə saat 01.58-də daxil olacaq. Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olur. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir. İldə bir dəfə yaz gecə-gündüz bərabərliyi, bir dəfə isə payız gecə-gündüz bərabərliyi baş verir.
Bu günlə əlaqədar olaraq məktəbimizə yeni təyin olunmuş coğrafiya müəllimi Firuzə Hüseynova 6 "İ" sinfində maraqlı dərs keçdi. Dərs zamanı şagirdlər fəal iştirak edərək onları maraqlandıran suallara cavab axtaraq maraqlı məlumatlar əldə etdilər, yer kürəsindəki mühüm dəyişiklikləri öyrəndilər.
Dərsin keçirliməsində məqsəd şagirdlərə gecə - gündüz bərabərliyi, yaz fəsli haqqında ətraflı məlumat aşılamaqdır.
Dərsdə tarix müəllimi Nərgiz Ünlü və məktəbin psixoloqu Mehriban Quliyeva iştirak etdilər.