Buraxılış imtahanı ilə əlaqədar iclas
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş "Məktəb seminarların"da qeyd edildiyi kimi, IX siniflərdə keyfiyyətin artırılması məqsədi ilə BŞTİ-nin tabeliyində olan ümumtəhsil müəssisələrində təhsil alan zəif təlim nəticəli şagirdlərin müəyyənləşdirilməsi və həmin şagirdlərlə məqsədyönlü işin təşkili nəzərdə tutulmuşdur. Bununla əlaqədar ümumilikdə 1 diaqnostik, 3 sayda mövzu qiymətləndirilmə imtahanı nəzərdə tutulur.
Potensial risk qrupunda olan şagirdlərin müəyyən edilməsi üçün buraxılış fənləri (tədris dili, riyaziyyat və ingilis dili) üzrə diaqnostik qiymətləndirmələr təşkil olunacaqdır.
Məhz bununla əlaqədar olaraq martın 14-də məktəbin direktoru Rəşad Alcanov fənnlər üzrə metodbirləşmə rəhbərləri və fənn müəllimlərin iştirakı ilə növbədənkənar iclas keçirdi. İclasda ilk olaraq, məktəbin direktoru Rəşad Alcanov direktorlara verilən tapşırıqları müəllimlərin nəzərinə çatdırdı, metodbirləşmə sədrlərinin işinə daha da məsuliyyətlə yanaşması istiqamətində tövsiyyələrini bildirdi.
İclasın sonunda qərar verildi ki, buraxılış imtahanlarının ötən ilki nəticələrinə və I yarımil üzrə builki BSQ qiymətləndirmələrinin təhlilinə əsasən, zəif nəticə göstərmiş IX sinif şagirdlərinə II yarımildə sistemli və ardıcıl, nəticəyönümlü fəaliyyət təşkil etmək üçün əlavə dərslər təşkil olunsun. Şagirdlər zəif olduqları fənn üzrə qruplaşdırılaraq dərsdən sonra əlavə cədvəl müəyyən edilsin və hazırlıqlı fənn müəllimləri həftədə minimum 3 dəfə əlavə məşğələlərə cəlb edilsin.