"Oksidləşmə dərəcəsi" mövzusunda açıq dərs

    Məlum olduğu kimi mart ayı məktəbimizdə Kimya-Biologiya Aylığı"-dır. Aylıq çərçivəsində məktəbin kimya müəllimi Vüsalə Cəfərova 8 "a" sinfində "Oksidləşmə dərəcəsi" mövzusunda açıq dərs təqdim etdi. Standartlara əsasən reallaşan dərsin əsas məqsədi şagirdlərə oksidləşmə dərəcəsi (OD) anlayışını, oksidləşmə dərəcəsi ilə valentlik anlayışlarının əlaqələrini izah etmək, kovalent və ion rabitəli birləşmələrdə elementlərin oksidləşmə dərəcəsinin təyini haqqında məlumat aşılamaqdır.

    "Oksigen", "Hidrogen" və "Karbon" adlı qruplara bölünən şagirdlərə fənn müəllimi tərəfindən tədqiqat sualı verildi. 10 dəqiqə vaxt ərzində şagirdlər tapşırıqları həll etdi. Daha sonra cavabların müzakirəsi aparıldı və sonda qrupların fəaliyyəti qiymətləndirildi.

    Dərs dinləmədə metodbirləşmə rəhbəri Rimma Hüseynova, kimya müəllimi Şahidə Carçıyeva, biolgiya müəllimi Aytən Bilalova, ingilis dili müəllimi Ramilə Kərimova və kimya müəllimi Sevda Qədirova iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi