Baharın gəlişi şagirdlərin gözü ilə
Məktəbin illik fəaliyyət planına uyğun olaraq ibtidai sinif müəllimi Təhminə Məmmədova şagirdlərə milliliyi, milli-mənəvi aşılanmaq məqsədilə təsviri incəsənət fənnindən maraqlı dərs keçdi. Əvvəlcə Təhminə xanım xalqımızın milli bayramı olan qədim Novruz bayramı haqqında geniş məlumat verdi, qədim zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğuladı, Novruz adətləri barədə danışdı. Daha sonra şagirdlər novruzun gəlişini əks etdirən şəkillər çəkdilər.