“Kompüter və onun hissələri”
Məktəbin illik fəaliyyət planına uyğun olaraq 2”B” sinfində məktəbin riyaziyyat və informatika müəllimi Kəmalə Mikayılova “Kompüter və onun hissələri” mövzusunda nümunəvi dərs keçdi. Bildiyimiz kimi kompüter – informasiyanı emal edən qurğudur və kompüter həyatımızın bütün sahələrində istifadə edilir: xəstəxanalarda, məktəblərdə, banklarda, aeroportda, vağzallarda, mağazalarda və başqa yerlərdə. Kompüterlə hesablamalar aparmaq,mətn yığmaq, oyunlar oynamaq, musiqiyə qulaq asmaq, şəkil çəkmək, yeni biliklər almaq, xarici dilləri öyrənmək, tanışlara məktublar göndərmək, dostları görüb onlarla danışmaq, dünyada baş verən hadisələr haqqında məlumat əldə etmək və s. işlər görmək mümkündür. Dərs zamanı fənn müəllimi kompüterin həyatımızdakı vacib rolundan danışdıqdan sonra kompüterin hissələri olan klaviatura, monitor, sistem bloku, siçan, printer, səs ucaldanlar və.s haqqında məlumat verdi.
Dərsin məqsədi şagirdlərin kompüterin imkanlarını söyləməklə tətbiq sahələrini sadalamasını tətbiq etmək, kompüterin əsas hissələrinin təyinatını öyrənməklərinə kömək etməkdir.
Dərsdə məktəbin ibtidai sinif müəllim Ayşə Rəcəbova iştirak etdi.