Nümunəvi dərs
Məktəbin illik fəaliyyət planının 1.1.8 – ci bəndinə uyğun olaraq mart ayında təşkil olunan “Kimya - Biologiya aylığı” çərçivəsində məktəbin biologiya müəllimi Solmaz Nəhmədova 7" A" sinfində açıq dərs təqdim etdi. Dərsin mövzusu "Balıqlar" idi. Dərs 1.1.2 (Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir), 2.1.1. (Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir) standartlarına əsasən reallaşdırıldı. "Siyənək","Kütüm","Nərə" adlı qruplara bölünən şagirdlər tədqiqat sualı ətrafında müzakirələr apardıqdan sonra qrup liderləri iş vərəqlərini təqdim etdilər.
Dərsin yekun mərhələsində şagirdlər sümüklü və qığırdaqlı balıqların fərqli xüsusiyyətlərini sadaladılar.
Dərsdə təlim tərbiyə işləri üzrə direktor müavini Natəvan Əliyeva, metodbirləşmə rəhbəri Rimma Hüseynova, kimya müəllimi Sevda Qədirova və Elnarə Məhərrəmova iştirak etdilər.