Gənc kimyaçılar finalda

        Paytaxtın ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.
        Bakı Ali Neft Məktəbində (BANM) təşkil olunan tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, BANM-ın rektoru Elmar Qasımov, idarənin struktur bölmə rəhbərləri, müəllimlər, finala vəsiqə qazanan məktəblərin komandaları və KİV nümayəndələri iştirak ediblər.
        Müsabiqə çərçivəsində 15 komanda ümumi təhsil məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 2 akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını, 2 məsələni və 1 təcrübə işini yerinə yetirib.
        Məktəbimizin 11-ci sinif şagirdi Qurbanova Ləman Vüqar qızı və 9-cu sinif şagirdi Tağıyev Mustafa Hafiz oğlu  "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"ndə yüksək bilik, bacarıq və yaradıcılıq qabiliyyəti nümayiş etdirdiklərinə görə sertifikatla təltif ediliblər. Şagirdlərimizi məktəb kolletivi adından təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi