"Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"- nin növbəti mərhələsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07.02.2019-cu il tarixli, F-89 nömrəli əmri ilə elan edilmiş Bakı şəhəri ümumtəhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin Azərbaycan və rus bölmələrinin 9-11-ci sinif şagirdləri arasında "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi" 2019-cu ilin fevral-mart aylarında üç mərhələ üzrə keçirilir.
Müsabiqənin birinci mərhələsi fevral ayının 14-də təhsil müəssisələrində, ikinci mərhələsi isə fevral ayının 22-də rayonlar üzrə keçirilmişdir.
Müsabiqənin üçüncü mərhələsi 06 mart 2019-cu il tarixdə saat 11.00-da Ali Neft Məktəbində keçiriləcək. Proqramda Ali Neft Məktəbi ilə tanışlıq, müsabiqənin final mərhələsinin keçirilməsi, qaliblərin təltif edilməsi nəzərdə tutulur.
Üçüncü mərhələdə komandalar 1 saat 30 dəqiqə (iki akademik saat) vaxt ərzində 30 test sualını cavablandırmalı, iki məsələni və bir təcrübə işini həll etməlidir.
Məktəbimizin IX , X, XI sinif şagirdləri rayon üzrə keçirilən müsabiqənin II mərhələsinin qalibi seçilərək növbəti mərhələdə məktəbi tanıtmaq şansı qazandılar.
1. Tağıyev Musatafa Hafiz (9)
2. Mirzəmmədov Akif Şirvan(10)
3. Qurbanova Ləman Vüqar (11)
Müsabiqənin keçirilməsində məqsəd istedadlı şagirdlərin aşkara çıxarılması, onların olimpiadalarda, yerli və beynəlxalq layihələrdə və müxtəlif yarışlarda uğurlu iştirakını təmin etməkdir.