“Əsrin soyqrımı Xocalı” mövzusunda dəyirmi masa
Məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbimizin kitabxanasında “Əsrin soyqrımı Xocalı” mövzusunda dəyirmi masa təşkil olunub. Xocalı qətliamının 27- cı ildönümünə həsr edilən dəyirmi masada şagirdlər Xocalı faciəsi haqqında fikirlərini bildiriblər. Kitabxana müdiri Firəngül Əliyeva və kitabxanaçı Xalidə xanım çıxış edərək amansız və qəddar soyqırımın insanlıq tarixinə ən qorxulu faciə kimi daxil olduğunu bildiriblər.
Firəngül Əliyeva çıxışı zamanı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cinayətkar erməni və rus hərbi birləşmələri tərəfindən 613 nəfərin vəhşicəsinə öldürüldüyünü, 487 nəfərin şikəst qaldığını, 1275 nəfər dinc sakin - qoca, uşaq, qadının əsir götürüldüyünü və 8 ailənin tamamilə məhv edildiyini qeyd edib.