Valideyn iclası
21 fevral 2019-cu il tarixində Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbdə 8 c sinif şagirdlərinin valideyn iclası keçirildi. İclasda məktəbin direktoru Rəşad Alcanov, sinif rəhbəri Şəfiqə Bağırova, UBTR Xalidə İbrahimova, psixoloq Mehriban Quliyeva, fənn müəllimləri və valideynlər iştirak edirdilər.
İclasda şagirdlərin gündəlik davranış qaydaları, tədrisin keyfiyyəti məsələləri və s. qarşılıqlı müzakirə olundu, Hər bir şagird haqqında valideynə məlumat verildi və şagirdlər haqqında müəllimlərin fikirləri dinlənildi. İclasda valideynləri maraqlandıran sualları məktəb direktoru, sinif vəhbəri və fənn müəllimləri cavablandırdı, fikir mübadiləsi edildi. Həmçinin digər cari məsələlər müzakirə olundu. 2018-2019-cu tədris ilinin II yarımilində qarşıda duran vəzifələr, görüləcək işlər, şagirdlərdə tədrisin keyfiyyətini artırmaq üçün müvafiq işlərin görülməsi haqqında fikirlər irəli sürüldü.