"XƏMSƏ" intellektual yarışı
Riyaziyyat aylığı çərçivəsində 18.02.2019-cu il tarixdə məktəbimizin AKT zalında riyaziyyat və informatika müəllimi Rəna Namazovanın təşkilatçılığı ilə "Xəmsə" intellektual yarışı keçirildi. Yarış Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.
Yarışda 4 komanda iştirak etdi: Kainat, Alliance, Boz Qurd, Göytürk. Qruplar "Xəmsə"ni təmsil etdiyindən 5 nəfərdən ibarət təşkil edilmişdi. Yarışın aparıcısı 11b sinif şagirdi Fidan Cəbrayıllı idi. Yarışın sualları riyaziyyat və məntiq elmlərinə əsaslanırdı.
Yarışı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zeynəb Vəliyeva, təşkilatçı Cəmilə Nurəzadə, UBTR Xalidə İbrahimova, psixoloq Mehriban Quliyeva və digər riyaziyyat və qeyri-riyaziyyat fənn müəllimləri o cümlədən məktəbimizin şagirdləri maraqla izlədilər. Sonda yarışın qalibi Kainat komandası oldu.
Yarışın keçirilməsində məqsəd istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etmək, şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək həmçinin şagirdlərin ümumi dünyagörüşünü inkişaf etdirmək, onların intellektual səviyyələrinin müzakirə, təhliletmə, nitq qabiliyyətləri, özünü təqdimetmə və kollektivi təmsil etmək qabiliyyətlərinin artırılmasıdır.