Məktəbəhazırlıq qrupunda təsviri fəaliyyət dərsi

        Məktəbin ibtidai sinif müəllimi Gülnarə Qasımovanın rəhbərlik etdiyi qrupda 28 uşaq hazırlıq keçir. Gülnarə müəllimə uşaqlara sevgi və qayğı göstərir, öz işinə böyük həvəslə yanaşır. 18 fevral tarixində şagirdlər təsviri fəaliyyət dərsində rəngli kağızlardan ev hazırladılar. Dərs zamanı əylənən şagirdlərin hər biri öz dünyasına və sevdiyi rənglərə uyğun ev fiqurları kəsərək ağ vərəqlərə yapışdırdılar. Bu da şagirdlərdə fərdi zövqün formalaşmasına gətirib çıxarır. 

        Məktəbəhazırlıq qruplarında şagirdlərə “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Ətraf aləmlə tanışlıq”,  “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. 

        Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi