“Buraxılış siniflərinin monitorinqi”
Məktəbin fəaliyyət planına uyğun olaraq 16.02.2019-cu il tarixdə məktəbimizdə IV, IX, XI siniflərdə Dövlət İmtahan Mərkəzinin qaydalarına uyğun buraxılış imtahanlarına hazırlıq məqsədilə monitorinq keçirilib. IV və IX siniflər azərbaycan dili və riyaziyyat fənlərindən, XI siniflər isə azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərinidən imtahan veriblər. Ümumilikdə monitorinq 90 dəqiqə davam edib. Hər bir fənn üzrə sualların sayı 30 idi.
Monitorinqin keçirilməsində məqsəd buraxılış imtahanlarına hazırlıqdan savayı buraxılış fənləri üzrə tədrisin keyfiyyətinin artırılması, tədrisin səviyyəsi və əldə olunan nəticəni izləmək eyni zamanda məktəb özünüqiymətləndirməsinin formalaşdırılması və tətbiqi üçün zəmin yaratmaqdır.
Monitorinq nəticlərini gözləyən hər bir şagirdimizə uğurlar arzulayırıq!