Divar qəzetinin tərtibi
Riyaziyyat aylığı çərçivəsində məktəbin riyaziyyat müəllimi Zülfüqarova Ziyafət və 9 “B” sinif şagirdlərinin birgə fəaliyyəti nəticəsində divar qazeti hazırladılar. Qəzeti hazırlarkən şagirdlər məşhur riyaziyyatçıların aforizmlərindən, məhşur kəlamlarından istifadə etdilər.
Qəzetdə düzgün çoxbucaqlılar, pareleloqram, üçbucaq digər müstəvi fiqurlar barəsində məlumat tərtib etmişdilər. Eləcə də dairə, dairə sektoru onun sahəsi haqqında ətraflı məlumat dərc etmişdilər. Tirqonometriya mövzusuna aid əsas triqonometrik eyniliklər barəsində də məlumat yerləşdiriblər.