Dördbucaqlılar
Riyaziyyat aylığı çərçivəsində məktəbin riyaziyyat müəllimi Minarə Məhərrəmova "Dördbucaqlılar, ölçülərinə görə düzbucaqlıların qurulması” mövzusunda maraqlı dərs təqdim etdi.
Dərs 3.1.1 (Nöqtə, düz xətt, şüa, parça, müstəvi, bucaq, üçbucaq, dördbucaqlı, çevrə və dairə anlayışları haqqında biliklərini nümayiş etdirir), 3.1.2. (Uzunluğu məlum olan parçanı, dərəcə ölçüsü verilən bucağı, iki tərəfi və onlar arasında qalan bucağa görə üçbucağı, tərəflərinə görə düzbucaqlını qurur) standartlarına əsasən keçirildi.
Dərs zamanı şagirdlər kvadratın, düzbucaqlının rombun, paraleloqramın ortaq və fərqli həndəsi xassələrini bilkdiklərini nümayiş etdirdilər, dördbucaqlının daxili bucaqlarını ölçüdülər və cəmini tapdılar, paralel və perpendikulyar xətlər qurdular .