"TƏNLİKLƏR" mövzusunda nümunəvi dərs
12.02.2019-cu il tarixdə məktəbin riyaziyyat və informatika müəllimi Səidə Xubəliyeva 6i sinfində nümunəvi dərs keçdi. Dərsin mövzusu "Tənliklər" idi. Şagirdlər lövhə üzərində qurulmuş krassvordu həll edərək dərsin mövzusunu tapdılar. Dərs zamanı şagirdlər 4 qrupa bölündü: təkliklər, onluqlar, yüzlüklər və minliklər. Qruplarla iş zamanı şagirdlər tənliyi həll etmək üsulunun alqoritmini təyin etdilər. Şagirdlər işçi vərəqlərində tənlikləri həll etdilər. Dərsin sonunda şagirdlər meyarlara əsasən qiymətləndirildilər.