"İki ifadənin kvadratları fərqi"

    11.02.2019-cu il tarixdə məktəbimizin riyaziyyat və informatika müəllimi Səidə Xubəliyeva 7i sinfində nümunəvi dərs keçdi. Dərsin mövzusu "İki ifadənin kvadratları fərqi" idi. Tədqiqat sualı: "İki ifadənin kvadratları fərqi"ni necə tətbiq edək? Dərs zamanı şagirdlər 3 qrupa bölündü: üçbucaq, dairə və kvadrat. Qruplarla iş zamanı şagirdlər ədədi ifadələr üzərində "iki ifadənin kvadratları fərqi"nin düsturunu tətbiq etdilər. Şagirdlər tədqiqat sualının cavabını belə verdilər: "iki ifadənin kvadratları fərqi"nin düsturu ifadələri sadələşdirmək üçün lazımdır.
Dərsin sonunda şagirdlər meyarlara əsasən qiymətləndirildilər. Sonda şagirdlər dərs haqqındakı emosiyalarını lövhə üzərində təsvir etdilər. 
Maraqlı dərsə görə Səidə xanım Xubəliyevaya təşəkkür edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi