Dərsdinləmə

        Təlimin keyfiyyətini yüksəltmək məqsədilə məktəbimizdə keçirilən fənn aylıqları davam edir. Məlum olduğu fevral ayı məktəbimizdə "Riyaziyyat aylığı" elan olunmuşdur. Aylıq çərçivəsində dərs dinləmələr, açıq dərslər, dəyirmi masalar təşkil olunur. 11 fevral tarixində məktəbin direktoru Rəşad Alcanov riyaziyyat müəllimi Gülarə Qəhrəmanovanın dərsini dinlədi.  Dərsin mövzusu “İnformasiyanın əsas xassələri” idi. Dərs zamanı şagirdlər informasiyanın əsas xassələrini söylədilər, verilmiş məlumatın xassələrini sadaladılar. Komandalara bölünən sinif informasiyanın bir xassəsinin pozulması nəticəsində yarana biləcək problemləri müzakirə etdilər. Keçirilən dərs təhlil olundu. Direktor irad və təkliflərini bildirdi. Dərs dinləmədə direktor müavini Zeynəb Vəliyeva da iştirak etdi.

    Dərs dinləmənin keçirilməsində məqsəd keçirilən dərsdə şagirdlərin müvafiq fənlər üzrə dərketmə, tətbiqetmə, təhliletmə bacarıqlarını öyrənmək , təlimin keyfiyyətini yüksəltməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi