“ Microsoft Office Word” proqramı haqqında nümunəvi dərs
7 fevral tarixində Riyaziyyat aylığı çərçivəsində məktəbimizin Riyaziyyat-İnformatika müəllimi Səidə Xubəliyeva 5i sinfində İnformatika fənnindən “ Microsoft Office Word” mövzusunda nümunəvi dərs keçdi. Əvvəlcə uşaqlara “ Microsoft Office Word” proqramını açmaq üsullarlarını izah etdi. Sonra şagirdlər “ Microsoft Office Word”lə tanış oldular. Şagirdlərə proqram haqqında təməl məlumatlar verildikdən sonra şagirdlər 5 qrupa bölündü. Qruplarla iş zamanı şagirdlər mətnin həcmini hesabladılar və mətni redaktə etdilər. Sonra şagirdlərə mətni format etmək, yaddaşa vermək və mətni çap etmək üsulları izah olundu. Dərs zamanı şagirdlər fəal iştirak etdilər.