"Açıq qapı"

        01 fevral tarixində Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbdə valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi məqsədilə 2018/2019-cu tədris ilinin birinci yarım ilinin yekunlarına dair “Açıq qapı” günü keçirilib. İki saat davam edən “Açıq qapı” günündə valideynlər müəllimlərlə görüşüb və onları narahat edən müxtəlif məsələlərlə əlaqədar söhbətlər aparılıb. Valideynlərə şagirdlərin təhsildə uğurları, davamiyyəti, I yarımil ərzindəki fəaliyyətləri haqqında məlumatlar verilmişdir.
    "Açıq qapı" günün keçirilməsində əsas məqsəd təhsil prosesinə valideynlərin cəlb edilməsi, ictimaiyyət arasında maarifləndirmə işinin gücləndirilməsi və valideyn məsuliyyətini artırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi