Riyaziyyat fənn metodbirləşmə iclası
Fevral ayı məktəbimizdə "Riyaziyyat aylığı"dır. Aylıq çərçivəsində muhazirələr, açıq dərslər, bilik yarışlarının keçirilməsi nəzərdə tutulur. Yanvar ayının 31-də "Riyaziyyat aylığı" çərçivəsində görüləcək işlər barədə metodbirləşmə iclası keçirildi. Metodbirləşmə rəhbəri Gülarə Qəhrəmanova çıxış edərək metodbirləşmənin I yarımildəki fəaliyyətinin yekunu haqqında çıxış etdi. İclasda qarşıda duran vəzifələri müəyyənləşdirdi, II yarımildə fənn müəllimlərinə dərsin keyfiyyətini yüksəltmək üçün tövsiyələrini verdi və işlərində uğurlar arzu etdi.