I yarımilin hesabat iclası
Yanvar ayının 31-də 228№li məktəbdə 2018-2019-cı tədris ilinin I yarımilinin pedaqoji şura iclası keçirildi. İclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Məktəbin direktoru Rəşad Alcanov şuranın gündəliyində duran məsələləri pedoqoji heyyətin diqqətinə çatdırdı. Pedaqoji şura iclasının gündəliyində aşağıdakı məsələlər öz əksini tapmışdır:
1. 2018-2019 tədris ilini 01 və 02 saylı pedoqoji şura iclasının qərarlarından irəli gələn vəzifələrin vəziyyəti və II yarımilin vəzifələri və istiqamətləri barədə
2. 2018-2019-cu tədris ilinin I yarımillik üzrə BSQ qiymətinin və yarımillik yekun nəticələri təlim tərbiyə işləri üzrə direktor müavinlərinin hesabatı
3.İntzam, növbətçilik və bəzi məsələlər barədə tərbiyə işləri üzrə (təşkilatçı) müavinin hesabatı
4.Məktəbdaxili intizam və əmək müqaviləsi üzrə iş rejimi qaydalarına əməl olunması haqqında
5. Evdətəhsil ( ümumi və xüsusi) və günüuzadılmış qrup dərslərinin vəziyyəti haqqında
6.2018-2019- cu tədris ilinin I yarımili üzrə məktəbə hazırlıq qruplarında tədrisin vəziyyəti və növbəti tədris ili üçün I siniflərə qəbul prosesinə hazırlıq vəziyyəti haqqında
7.Cari məsələlər
Gündəlikdə olan məsələlər geniş müzakirə olundu və hər bir məsələ haqqında qərar qəbul olundu. II yarımil üçün qarşıda duran məsələlər haqqında kollektivə tapşırıqlar verildi.