Dulusçuluq emalatxanasına ekskursiya
Məktəbin illik fəaliyyət planına uyğun olaraq tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili vacib amildir. Şagirdlərin motivasiyasını yüksəltmək, şagird marağının müəyyənləşdirilməsi məqsədilə məktəbimizdə vaxtaşırı ekskursiyalar təşkil olunur. Bunlardan biri də 30 yanvar tarixində məktəbin ibtidai sinif rəhbəri Zeynəb Vəliyevanın təşkilatçılığı ilə həyata keçirilib.
Tarixi keçmişimizi tanıtmaq məqsədilə o, 3 “İ” sinif şagirdlərini Mərdəkan qəsəbəsində yerləşən dulusçuluq və əkinçilik emalatxanasına ekskursiyaya aparmışdır. Tur zamanı yol boyu şagirdlərlə bilik yarışı keçirilmiş və tarixi abidələr haqqında məlumatlar verilmişdir. Azərbaycanın ən qədim istehsal sahələrindən olan dulusçuluq sənətinin incəliklərini şagirdlərə aşılamaq məqsədilə onlara dulus çarxından istifadə qaydaları öyrədildi.
Dulusçuluq sənətinin sirləri ilə daha yaxından tanış olan şagirdlər qəlibdə gildən barmaqlarının sığalı ilə xüsusi fiqurlar hazırladılar.
Daha sonra şagirdlərdə əkinçilik vərdişlərini formalaşdırmaq məqsədilə hər bir şagird pomidor ştili əkdi. Ekskuriyanın təşkilinə görə şagirdlər və valideynlər Zeynəb müəlliməyə xüsusi təşəkkür etdilər.