Tarixin qızıl səlnaməsi
Bu vətən , bu torpaq mənimdi deyib
Üstündə vüqarla gəzdi şəhidlər.
Əyninə qanından bir köynək geyib
Düşmənin yolunu kəsdi Şəhidlər.
Azərbaycan Respublikası təhsil nazirinin 28.12.2018-ci il tarixli, 839 nömrəli əmrinə əsasən 20 yanvar faciəsinin 29-cu il ildönümü ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər keçirilib.
21 yanvar tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Cavadova məktəbin akt zalında tədbir keçirib. Tədbirdə 8 “b” və 6 “c” sinif şagirdləri fəal iştirak ediblər. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın Dövlət himni səsləndirilib. Şagirdlər Qanlı Yanvar faciəsi haqqında ətraflı məlumat verib, şeirlər səsləndirib, kompozisiyalar nümayiş etdiriblər. Şəhidlərin xatirəsinə həsr olunmuş videoçarxlar təqdim edilib. Tədbirdə məktəbin direktoru Rəşad Alcanov, müəllim kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd xalqımızın qəhrəmanlıq səlnaməsini təbliğ etmək, xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgiləri artırmaqdır.