“Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”

Məktəbin tarix müəllimi Vüsalə Əliyeva 9 yanvar tarixində məktəbin akt zalında E.İsmayılov adına 253 və E.Eyyubov adına 273 saylı tam orta məktəblərin sinif şagirdlərinin qarşısında mühazirə söylədi. Mühazirənin mövzusu “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” idi. Mühazirədən qabaq Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

O çıxış edərək, ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində uğurlu nailiyyətləri, onun həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində apardığı genişmiqyaslı quruculuq işləridən bəhs etdi. Ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə gəlməsi xalqın gələcəyə olan inamını doğrultdu, ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı.

Ulu öndər Heydər Əliyev XX əsr tarixində Azərbaycanın inkişafı yolunda ən böyük xidmətlər göstərmiş dahi şəxsiyyətdir. Onun  ömür yolu Vətənə, doğma xalqa və millətə sonsuz sədaqət və məhəbbətin parlaq rəmzidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi