Azərbaycan bəstəkarı və Çin Ladı ( Pentatonika)
Yanvarın 7-də məktəbin ibtidai sinif müəllimi Məlahət Səfərəliyeva musiqi fənnindən maraqlı dərs təqdim etdi. Dərsin mövzusu "Azərbaycan bəstəkarı və Çin Ladı ( Pentatonika) idi.
Sinif müəllimi motivasiya sualını təqdim etdikdən sonra "Çin Ladı" ilə Qara Qarayevin "Çin gözəli" rəqsi arasındakı oxşarlıqlarını şagirdlər müqayisə etdilər. Şagirdlər "Qara Qarayev "Çin gözəli" rəqsini yazarkən nədən istifadə etmişdir?" təqdiqat sualı ətrafında müzakirələr apardılar. Daha sonra "Çin ladı"nı major və minorda oxudular, Qara Qarayevin "Çin gözəli" rəqsinin əsas melodiyasını notlarla ifa etdilər. Dərs 1.1.1, 3.1.1, 3.3.1 standartlarına əsasən həyata keçirildi. Şagirdlər dərsdə fəal iştirak etdilər.
Dərsin keçirilməsində məqsəd nümunələr əsasında dünya xalqlarının musiqisinin təsiri ilə yanaşı Azərbaycan professional musiqi əsərlərini müqayisəli təhlil etmək, onların hansı ladda yazıldığını müəyyənləşdirmək idi.