Dərsdinləmə

    Məktəbin illik fəaliyyət planının 1.2.3  bəndinə uyğun olaraq "Tarix aylığı" çərçivəsində 27 dekabr tarixində məktəbin tarix müəllimi Məlahət Malikinin dərsi dinlənildi. Dərsin mövzusu "Manna dövlətinin süqutu" idi. Qruplara bölünən şagirdlər tədqiqat sualı ətrafında müzakirələr apardılar. Şagirdlər dərsin sonunda bilik və bacarıqlarına görə qiymətləndirildilər.

    Dərsdinləmələrin keçirilməsində məqsəd müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, tədrisin keyfiyyətinin artırılmasında rəqabətliliyin gücləndirilməsidir.

    Dərs dinləmədə məktəbin direktoru Rəşad Alcanov, təlim-tərbiyə işləri üzrə direktor müavini Zeynəb Vəliyeva, 6"A" -nın sinif müəllimi Minarə Məhərrəmova, tarix müəllimləri Nuridə Nəcəfova və Vüsalə Əliyeva iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi