Dünya Azərbaycanlılarının “Həmrəylik Günü”nə həsr olunmuş tədbir

        26 dekabr tarixində məktəbin tarix müəllimi Nuridə Nəcəfovanın təşkilatçılığı və 10 “A” sinif şagirdlərinin fəal iştirakı ilə Dünya Azərbaycanlılarının “Həmrəylik Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.

        Tədbirin girişində məktəbin direktoru Rəşad Alcanov çıxış edərək şagirdləri və  müəllim kollektivini Dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik etdi. Daha sonra şəhidlər bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə ümumdünya azərbaycanlılar, azərbaycanlıların diasporları haqqında məlumatlar verildi.

        200 ilə yaxın ayrı qalmış Güney və Quzey Azərbaycan həsrətindən bəhs edildi. Şagirdlər tərəfindən Azərbaycanın görkəmli şairləri M.Araz və M.Şəhriyarın vətən yanğısına həsr etdiyi şeirləri səsləndirildi. Tədbir ərzində şagirdlərə video çarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi