Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2,4,6 və 8 - ci siniflərdə monitorinq keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən dekabr ayının 26-sı şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən mövcud problemlərinin müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, buraxılış fənləri üzrə keyfiyyətin artırılması, eyni zamanda məktəb özünüqiymətləndirməsinin formalaşdırılması və tətbiqi üçün zəmin yaradılması məqsədilə məktəbimizin 2,4,6 və 8-ci siniflərində monitorinq keçirildi.
Monitorinqlər 2-ci siniflərdə təlim dili və riyaziyyat 4,6 və 8-ci siniflərdə isə təlim dili, riyaziyyat və ingilis dili fənlərindən təşkil edilmişdir.