“Əfşarlar İmperiyasının süqutu” mövzusundan nümunəvi dərs
Tarix aylığı çərçivəsində növbəti açıq dərs 24 dekabr tarixində 8a sinfində keçirildi. Məktəbin tarix müəllimi Vüsalə Əliyeva “Əfşarlar İmperiyasının süqutu” mövzusundan nümunəvi dərs təqdim etdi. Dərsin məqsədi Nadir şah imperiyasının süqutu səbəblərini müəyyənləşdirmək, tarixi şəxsiyyətləri (Nadir şahla I Şah Abbası )müqayisə etmək idi. Dərsin müasir təlim üsullarından olan müzakirə, venn diaqramı, beyin həmləsi üsulundan istifadə olundu. Dərs zamanı İKT bacarığından istifadə olundu , şagirdlərə Əfşarlar İmperiyası haqqında video slayd göstərildi.
Dərsdinləmədə məktəbin direktoru Rəşad Alcanov, direktor müavinləri Natəvan Əliyeva, Zeynəb Vəliyeva, Cəmilə Nuqrəzadə, tarix müəllimləri Məlahət Maliki, Nuridə Nəcəfova, Unlu Nərgiz iştirak etdilər. Dərsin sonunda xatirə şəkilləri çəkildi.