Mannanın xarici siyasəti

    20 dekabr tarixində tarix aylığı çərçivəsində məktəbin tarix müəllimi Nərgiz Ünlü nümunəvi dərs təqdim etdi. Dərsin mövzusu "Mannanın xarici siyasəti" idi. Dərs zamanı şagirdlər "AZA", "ULLUSUNU", "RUSA", "SARQON" adlı qruplara bölündülər. Qruplara bölünən şagirdlər tədqiqat sualı ətrafında müzakirələr apardılar. Manna hökmdarları Iranzu, Aza, Ullusunu kimi  şəxsiyyətlərin Mannanın həyatındakı  rolunu dəyərləndirdilər.

    Dərsin keçirilməsində məqsəd şagirdlərə qədim mannalıların həyat tərzini və məşğuliyyətlərini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti,Manna dövlətinin daxili və xarici siyasəti haqqında məlumat aşılamaqdır. Dərsin sonunda şagirdlər fəallıqlarına görə qiymətləndirildilər. Dərsdə tarix metodbirləşmə rəhbəri Nuridə Nəcəfova, Vüsalə Əliyeva iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi