Nümunəvi dərs

    Tarix aylığı çərçivəsində məktəbin tarix müəllimi Nuridə Nəcəfova nümunəvi dərs təqdim etdi. Dərsin mövzusu “Səlcuq imperatorluğu” idi. Şagirdlərə Səlcuq imperatoruluğuna aid slayd nümayiş etdirildi. Dərsin keçirilməsində məqsəd şagirdlərə Səlcuq imperiyasının yaranmasını, idarəçilik formalarını, iqtisadi və siyasi münasibətləri haqqında məlumat aşılamaqdır.

    Şagirdlərin fəallığı nəticəsində Səlcuq İmperatorluğunun  Azərbaycan tarixində rolu  müəyyənləşdirildi. Dərsdə fəal təlimin müxtəlif metodlarından istifadə olundu. Dərs şagirdlər tərəfindən tam şəkildə mənimsədildi.

    Dərsdə məktəbin tarix müəllimləri Vüsalə Əliyeva, Məlahət Maliki, Azərbaycan dili və ədəbiyyat müəllimi Ləman Mehdiyeva, coğrafiya müəllimi Ceyhun Abdullayev iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi