“Deyilən söz yadigardır!” layihəsinin icrasına başlanılıb
Əliheydər Kazımov adında 228 saylı tam orta məktəbdə keçirilən “Deyilən söz yadigardır!” layihəsinin icrasına başlanılıb.
15-16 dekabr 2018-ci il tarixlərində “Deyilən söz yadigardır!” layihəsi çərçivəsində gənclərə natiqliklə bağlı müxtəlif mövzularda silsilə təlimlər keçirilib. Təlimlərdə hər iki gün müxtəlif məktəblərdən 15 nəfər gənc iştirak edib. Layihənin start götürdüyü ilk gün təlim sessiyası ərzində “natiqlik anlayışı”, “qarşındakını necə inandırmalı”, “ritorika”, “arqumentasiya”, “effektiv nitq üsulları” və s. mövzular ətrafında müzakirələr aparılmışdır.İştirakçılar tərəfindən verilən suallar təlimçi tərəfindən cavablandırılmış, təlimin növbəti hissəsi interaktiv şəkildə davam etmişdir.
Layihənin ikinci günü davam edən təlimlərdə daha çox praktiki hissələrə yer ayrılmış, bu hissə iştirakçıların aktiv müzakirələri ilə müşayiət olunmuşdur. İlk gün öyrənilən nəzəri biliklərlə bağlı praktiki simuliyasiyalar göstərilmiş, iştirakçıların birbaşa öz ifalarında çıxışlar dinlənilmişdir.