Tarix fənnindən Bilik Yarışı

    11 dekabr tarixində tarix aylığı çərçivəsində metodbirləşmə rəhbəri Nuridə Nəcəfovanın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş X siniflər arasında "Bilik yarışı" keçirildi. Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olundu. Şagirdlər "Milli Şura", "S.Mehmandarov", "Parlament" adlı qruplara bölündülər və yarış ərzində verilən bütün suallara ətraflı cavab verdilər. Şagirdlərə Cümhuriyyət haqqında video materiallar nümayiş etdirildi.

    Yarışın keçirilməsində məqsəd tarix fənni üzrə şagirdlərin biliyini müəyyən etmek, intelekt səviyyələrini artırmaq, tarix fənninə sevgi aşılamaqdır. Məktəbin direktoru Rəşad Alcanov yarışda iştirak edərək yarışı izlədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi