Yol Hərəkəti Qaydalarına riayət et
10 dekabr tarixində Baş Dövlət Polis İdarəsinin YPX alayının VI tağımın baş inspektorları polis kapitanı Bakir Həsənov və polis kapitanı Qalib Rzayev məktəbimizin qonağı oldular. Onlar şagirdlərə yol-nəqliyyat hadisəsi nəticəsində baş verən qəzaların statistik göstəriciləri haqqında məlumat verdilər. Yol hərəkəti qaydaları və onlara əməl olunması haqqında maarifləndirici çıxış etdilər. Şagirdlər onları maraqlandıran sualları baş inspektorlara ünvanladılar. Görüşün keçirilməsində məqsəd təhlükəsiz davranış qaydalarını öyrənmək, uşaqların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını artırmaqdır.