Yazı mədəniyyəti
Məktəbin illik fəaliyyət planının 1.1.2.6 cı bəndinə uyğun olaraq I – IV siniflərdə düzgün yazı vərdişlərini formalaşdırmaq, yazı mədəniyyəti, dil qaydalarına riayət etmə səviyyəsini formalaşdırmaq məqsədilə məktəbimizdə imla, inşa , ifadə, əməli yazılar, esse nümunələrinə dair yoxlama yazı işləri aparılır. Məktəbin ibtidai sinif müəllimi Elmira Həsənovanın 4 ”A” sinif şagirdləri oxuduqları nağıldan Nadir obrazını təhlil etdilər. Onlar Nadirin müsbət və mənfi cəhətləri haqqında müzakirələr apardılar və Nadirə açıqca yazdılar.