Evdə təhsil

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Hazırda sağlamlıq imkanları məhdud uşaqlar əsasən xüsusi məktəblərdə, xüsusi internat məktəblərində və ya evdə təhsilə cəlb olunmuşdurlar. 

Məktəbimizdə evdə təhsilə cəlb olunmuş uşaqların təhsili xüsusi və kütləvi (yardımçı) proqram əsasında həyata keçirilir. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Ləman Mehdiyeva da bu proqram üzrə dərs deyən müəlimlərdən biridir.  Ləman müəllimə şagirdi Zaura xüsusi qayğıyla yanaşır. O şagirdi ilə əsl pedoqoq-psixoloq kimi işləyir. Onun problemləri ilə yaxından maraqlanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi