Məktəb-şagird-valideyn üçbucağı

    Dekabr ayının 6-da məktəb rəhbərliyi IX sinif şagirdlərinin valideynləri və fənn müəllimlərinin iştirakı ilə məktəbin akt zalında iclas keçirdi. İclasda məktəbin direktoru Rəşad Alcanov çıxış edərək təlim keyfiyyətinin yüksəldilməsində,şəxsiyyətin formalaşmasında məktəb-şagird-valideyn üçbucağının vacibliyini vurğuladı. Məktəbimizdə keçirilən monitorinq imtahanın nəticələri ilə onları tanış edib, tədrisin daha da uğurlu olması üçün valideynlərin qarşısında dayanan vəzifələr müzakirə olunub. İclasda valideynlər çıxış edərək onları narahat edən məsələlərlə bağlı suallar ünvanladılar. Direktor verilən bütün sualları cavablandırıb, qarşıda duran əsas vəzifələrin uğurla yerinə yetirilməsi üçün əlindən gələni edəcəyini bildirib. İclasın keçirilməsində məqsəd valideynləri buraxılış imtahanlarına ciddi hazırlığa cəlb etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi