IX siniflərdə monitorinq

    6 dekabr tarixində məktəb rəhbərliyi tərəfindən IX siniflərdə monitorinq imtahanı keçirildi. DİM-in I mərhələsinə uyğun təşkil olunan imtahanda şagirdlər onlara təqdim olunan 60 suala 90 dəqiqə ərzində cavab verməyə çalışdılar. İmtahan Azərbaycan dili, Riyaziyyat, İngilis dili və Rus dili fənnlərindən keçirildi.

Imtahandan öncə təlim tərbiyə işləri üzrə direktor müavini Zeynəb Vəliyeva şagirdləri qaydalar haqqında məlumatlandırdı. Monitorinqin keçirilməsində məqsəd təhsildə keyfiyyətin müəyyən olunması, şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin öyrənilməsi və müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılmasıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi