"Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi" mövzusunda təlim
Azərbaycan Müəllim İnkişafı Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində "Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi" mövzusunda 36 akademik saatı əhatə edən təlim proqramı hazırlamışdır. Təlim Qaradağ rayonu üzrə Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbdə keçirilir və 6 gün müddətində davam edəcəkdir. Proqramla əlaqədar təlimdə Azərbaycan bölməsi üzrə ibtidai sinif müəllimlərimizdən Təhminə Məmmədova, Nəzakət Paşayeva və Sevda Novruzova iştirak edirlər.