Narkotik Bəşəriyyatın Bəlasıdır
29 noyabr tarixində Qaradağ Rayon Polis İdarəsinin Şəxsi Heyətlə İş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Yaşar İsayev, İdarənin xidmət üzrə rəis müavini polis kapitanı Elməddin Əhmədov, İdarənin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi, polis mayoru Amil Qurbanov, həmin bölmənin baş inspektoru, polis mayoru Ramil Hacıyev, inspektor polis mayoru Aidə Şirinova məktəbdə təhsil alan şagirdlərlə görüşüb onlara "Narkotik Bəşəriyyatın Bəlasıdır" mövzusunda mühazirə oxuyub, diskusiyalar apardılar. Narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından danışdılar. Görüş zamanı şagirdləri maraqlandıran sualları ətraflı cavablandırdılar. Görüşün əsas məqsədi IX-XI siniflər arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır.