Mikayıl Müşfiq "Yağış yağarkən" şeirinin təhlili

Yağ ey yağış, fikrim kimi, hissim kimi,
Uzaq, yaxın çöllərə yağ,
Ölkələrə, ellərə yağ!
Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.

 

Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində məktəbin Azərbaycan dili müəllimi Ləman Mehdiyeva 7"b" sinfində Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin həyat və yardıcılığına həsr olunmuş nümunəvi dərs təqdim etdi. Şagirdlərə M.Müşfiqin Azərbaycan ədəbiyyatındakı xüsusi rolundan və gənc olmasına baxmayaraq karifeylər sırasında olmasından bəhs etdi. Daha sonra şagirdlər M.Müşfiqin sevilən şeirlərindən biri olan "Yağış yağarkən" şeirini təhlil etdilər. Şagirdlər əsərdə yağışın yağmasının şairin qəlbində doğurduğu hislərdən, düşüncələrdən söz açdılar. Mikayıl Müşfiqlə əlaqədar video slaydlar izlədilər. Dərsdə Azərbaycan dili və ədəbiyyat metodbirləşmə rəhbəri Nəzakət Ağayeva, 7"B"-nin sinif rəhbəri Nuridə Nəcəfova, Azərbaycan dili müəllimi Cavadova Səadət iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi