2 "İ" sinif şagirdlərinin tədbiri
Məktəbin illik fəaliyyətinə uyğun olaraq şagirdlərdə birlik və əməkdaşlığı formalaşdırmaq məqsədilə keçirilən fənn aylıqlarımız davam edir. Aylıq çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Sevinc Zeynalova və Xalidə Hüseynova 2 “i”(rus bölməsi) sinfinin iştirakı ilə tədbir keçirdilər. Noyabr ayında keçirilən Azərbaycan Respublikasının “Bayraq Günü” və “Müstəqilliyinin əsasının qoyulmasının 100 illik Yubileyi” eyni zamanda payız fəsli ilə əlaqədar olaraq “Qızıl payız” mövzusuna həsr olunmuş tədbirdə şagirdlər müstəqillik, vətənpərvərlik ruhunda şeirlər həmçinin payızı tərənnüm edən şeirlər də səsləndirdilər, “Cənab Leytenant” mahnısını ifa etdilər. Rus bölməsində təhsil almalarına baxmayaraq şagirdlər səlis Azərbaycan dilində şeirlərini söylədilər. Daha sonra “Turp”-un nağılı ilə bağlı səhnəciyi zalda əyləşən şagird və müəllim kollektivinə nümayiş etdirdilər. Tədbirdə ibtidai sinif müəlimi Elmira Həsənova, 2 “İ”-nin sinif müəllimi Rəhilə Pirəliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Ağayeva, təlim tərbiyə işləri üzrə direktor müavini Zeynəb Vəliyeva iştirak etdilər. Nəzakət Ağayeva və Zeynəb Vəliyeva tədbirdə əməyi keçən müəllimlərə və 2 “i” sinif şagirdlərinə təşəkkür etdilər. Şagirdlərin belə vətənpərvərlik ruhunda təlim və tərbiyə almalarının onların şəxsiyyətinin formalaşmasındakı xüsusi rolunu vurğuladılar.