“Dəhnamə” poemasından “Bahariyyə”
Azərbaycan dili və ədəbiyyat aylığı çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Cavadova ədəbiyyat fənnindən nümunəvi dərs təqdim etdi. Dərsin mövzusu Şah İsmayıl Xətainin “Dəhnamə” poemasından “Bahariyyə” hissəsinin məzmunu üzərində iş idi. Dərs zamanı elektron lövhə, dərslik, video-slaydlar və iş vərəqələrindən istifadə olundu. Şagirdlər “Xətai”, “Abbas”, ”Təhmasib” adlı qruplara bölündü. Dərsin mövzusu tarix fənni ilə əlaqələndirildi. Şagirdlər tədqiqat sualı ətrafında müzakirələr apardılar. Sonda şagirdlər meyarlara əsasən qiymətləndirildi. Dərsdə məktəbin direktoru Rəşad Alcanov, təlim tərbiyə işləri üzrə direktor müavini Zeynəb Vəliyeva, rus dili və ədəbiyyatı metodbirləşmə rəhbəri Şəfiqə Bağırova, Azərbaycan dili və ədəbiyyat metodbirləşmə rəhbəri Nəzakət Ağayeva və Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Zeynalova iştirak etdi.