Dərsdinləmələr davam edir

    Məktəbin illik fəaliyyət planın 1.1.1.9-cu bəndinə uyğun olaraq tədris prosesində müasir təlim, metod və texnologiyaların tətbiqinin öyrənilməsi, müəllimlərin səriştəliliyi və peşəkarlıq səviyyəsi haqqında məlumatın toplanılması, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə, müstəqillik, dərketmə qabiliyyəti, idrak fəallığı səviyyəsinin öyrənilməsi  məqsədilə məktəbimizin yuxarı siniflərində dərsdinləmələr davam edir. “Dillər aylığı” çərçivəsində 27 noyabr tarixində məktəbin ingilis dili müəllimi Minayə Bağırovanın ingilis dili fənnindən 7 “c” sinfində “Wealthy Regions in Azerbaijan” mövzusundakı dərsi dinlənildi. Dərs zamanı şagirdlər Azərbaycanın meyvələrlə zəngin bölgələrindən məlumat verdilər. Dərsdə oxuma və yazma(reading and writing) iş üsulundan istifadə olundu.  Dərsdinləmədə ingilis dili metodbirləşmə rəhbəri Fəridə Məhərrəmova iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi