P.Merime «Matteo Falkone»
Rus dili və ədəbiyyatı aylığı çərçivəsində məktəbin rus dili və ədəbiyyatı müəllimi Milena Mahmudova 7”i” sinfində ədəbiyyat fənnindən P.Merimenin «Matteo Falkone» novellasının əsasında “Vicdan və satqınlıq” mövzusunda açıq dərs təqdim etdi. Şagirdlər “Matteo”, “Vicdan”, “Кorsika” adlı qruplara bölündülər. Dərsdə şagirdlər “Matteo Falkone“ filmindən fraqmentlər izlədilər. Filmin üzərində motivasiya quruldu. Şagirdlər tərəfindən novelladakı ata Falkone, oğulu Fortunatanın müsbət və mənfi cəhətləri müzakirə edildi. Qruplarla işdə və sual cavabda şagirdlər fəal iştirak etdilər. Dərsi rus dili və ədəbiyyatı metodbirləşmə rəhbəri Şəfiqə Bağırova, rus dili və ədəbiyyat müəllimi Lalə Həsənova, Şəhla Məmmədova, ibtidai sinif müəllimi Maisa Razaxanova (rus bölməsi) iştirak etdilər.