"Tea in Azerbaijan” mövzusunda açıq dərs
Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. İngilis dili aylığı çərçivəsində noyabrın 27-də Təhminə Əhmədova 7”I” sinfində ingilis dili fənni üzrə "Tea in Azerbaijan” mövzusunda nümunəvi açıq dərs təqdim etdi. Dərsdə təlim tərbiyə işləri üzrə direktor müavini Natəvan Əliyeva, ingilis dili fənn metodbirləşmə rəhbəri Fəridə Məhərrəmova, ingilis dili müəllimi Ramilə Kərimova iştirak etdilər.