Oxu surəti
Bildiyimiz kimi oxu texnikasının rolu məktəbdə xüsusilə böyükdür. Şagirdlərin mütailə vərdişlərini və oxu bacarıqlarını təkmilləşdirmək, onlarda düzgün intonasiya ilə oxu tərzini yoxlamaq vacib amildir. Buna görə də məktəbimizdə vaxtaşırı şagirdlərin oxu bacarıqlarını yoxlamaq, onlarda oxu sürətini formalaşdırmaq məqsədilə görüşlər keçirilir. 27 noyabr tarixində məktəbin psixoloqu Mehriban Quliyeva ibtidai siniflərlə görüş keçirərək şagirdlərin oxu texnikasını yoxladı. 2 "İ" (Rəhilə Pirəliyeva) və 4 "A" (Həsənova Elmira) sinif şagirdləri səlis və gözəl oxudular. Növbəti günlərdə digər siniflərlə də oxu sürətilə bağlı görüşlərin keçirilməsi nəzərdə tutulur.