Pedaqoji Şuranın növbədənkənar iclası

        Noyabrın 20-də Əliheydər Kazımov adına 228 №-li tam orta məktəbin akt zalında Pedaqoji Şuranın növbədənkənar iclası keçirildi. İclası məktəbin direktoru Rəşad Alcanov öz çıxışı ilə açıq elan etdi. Direktor çıxış edərək 2018-2019-cu tədris ilində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrdən danışdı.

İclasın gündəliyində aşağıdakı məsələlər müzakirə olundu: 
1. 2018-2019-cu  tədris ilində məktəbdə IX-XI siniflər üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanlarına hazırlığın vəziyyəti
2. Şagirdlərin dərsə davamiyyəti və sinif jurnallarının aparılması vəziyyəti haqqında
3. Tədrisin vəziyyəti, Gündəlik planlaşdırmanın aparılması, məktəbli kitabçalarında Formativ və Summativ qiymətlərin yazılması
4. Məktəbin payız-qış mövsümünə hazırlıq vəziyyəti 
5. Fənn olimpiadasının məktəbdaxili turunun keçirilməsi, ədəbiyyat bilikləri müsabiqəsinin məktəb turunun keçirilməsi
6. İbtidai siniflərdə keçirilən fənn aylığı haqqında məlumat, məktəbəhazırlıq qruplarında tədrisin vəziyyəti
7. Cari məsələlər
Gündəlikdə olan məsələlər geniş müzakirə olundu və hər bir məsələ haqqında qərar qəbul olundu. Cari məsələlər haqqında kollektivə ciddi tapşırıqlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi