Milli Dirçəliş günü münasibətilə dəyirmi masa
Noyabrın 15-də Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbin kitabxanasında Milli Dirçəliş günü münasibətilə dəyirmi masa keçirildi. Dəyirmi masada VIII sinif şagirdləri ilə 1998-ci ildən təməli qoyulmuş milli azadlıq hərəkatının başlanğıcından bu günümüzə qədər baş verən hadisələr haqqında söhbətlər aparıldı. Başlanan milli azadlıq hərəkatı xalqımızın milli qürurunu daha da yüksəltdi, nəhayət 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyi bərpa olundu.
Ümummilli liderimiz ulu öndər H.Əliyev xalqımızın qələbəsini alqışladı bundan sonra Azərbaycan xalqının bir daha sarsılmayacağını xüsusi vurğuladı. O, vətənə sevgisini qürur hissi ilə deyirdi: “ Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam ”.